Liverpul və Barselona dan qələbə, Qalatasaray dan heç heçə | Icma.az
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Liverpul" və "Barselona"dan qələbə, "Qalatasaray"dan heç-heçə Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turuna yekun vurulub.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə də 9 matç keçirilib.
Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda Almaniya "Ayntraxt"ını qəbul edib və 3:2 hesablı qələbə qazanıb.
Türkiyə "Qalatasaray"ı İstanbulda "Atletiko"nu sınağa çəkib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
"Çelsi" "Pafos"a, "Bavariya" "Yunion"a, "Yuventus" "Benfika"ya qalib gəlib.
"Qarabağ"ın son - 8-ci turdakı rəqibi "Liverpul" isə "Marsel"in qonağı olub və böyükhesablı qələbə qazanıb - 3:0.
Qeyd edək ki, reqlamentə əsasən, turnirdə 1-8-ci yerləri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcəklər.
Tam oxu
Xəbəri oxu