Liverpul və Çelsi nin keçmiş futbolçusunun evinə qumbara atılıb

08.04.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

"Liverpul" və "Çelsi"nin keçmiş futbolçusu Yossi Benayunun evinə əl qumbarası atılıb.

İdman.biz xəbər verir ki, hadisə bazar günü axsam saatlarında Təl-Əvivdə baş verib.

İsrailli veteran futboçu ailəsi ilə evdə istirahət edərkən naməlum şəxslər onun qapısının önünə partlayıcı atıblar. Nəticədə yanğın çıxıb və tezliklə onu söndürmək mümkün olub. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Benayun onu kiminləsə səhv saldıqlarını bildirib.

Qeyd edək ki, Yossi İsrail yığmasının heyətində 102 oyunda 24 qol vurub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью