Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Liverpul”un mərkəz müdafiəçisi Vircil van Deyk klubdan ayrılmayacaq.
İdman.Biz İngiltərə KİV-ə istinadən xəbər verir ki, son vaxtlar “qırmızılar”ın kapitanı oyununda müşahidə olunan enişə görə tənqid edilsə də, klubda təcrübəli niderlandlıya inam hələ də qorunur.
Məlumata görə, “Liverpul” bütün söz-söhbətlərə baxmayaraq, 34 yaşlı futbolçu ilə bağlı transfer təkliflərini nəzərdən keçirməyəcək.
Vircil van Deykin mersisaydlılarla müqaviləsi 2027-ci ilin ortalarınadək qüvvədədir, futbolçunun transfer dəyəri isə "Transfermarkt" portalı tərəfindən 18 milyon avro olaraq qiymətləndirilir. Cari mövsümdə oyunçu Arne Slotun rəhbərlik etdiyi kollektivin heyətində bütün turnirlərdə 32 matça çıxıb və hesabına iki qol yazdırıb.