Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Bayer”in futbolçusu Florian Virts karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Liverpul” alman hücumçu ilə razılaşıb. Bu barədə “Bild” nəşri məlumat yayıb. 22 yaşlı futbolçu illik 22 milyon avro maaşa “hə” deyib.
“Liverpul” “Bayer”lə danışıqları davam etdirir. Leverkuzen klubu ingilislərdən 150 milyon avro tələb edir.
Virts başa çatan mövsümdə 45 oyunda 16 qol vurub, 15 məhsuldar ötürmə edib.