Liverpul xal itirdi

09.05.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Liverpul" xal itirdi

İngiltərə Premyer Liqasında 36-cı turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Liverpul" doğma "Enfild" stadionunda "Çelsi"ni qəbul edib.

Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İkinci hissənin əvvəlində Koul Palmer daha bir qol vursa da, VAR sisteminin müdaxiləsindən sonra ofsayd qeydə alınaraq qol ləğv edilib. Bununla da heç-heçəyə razılaşan "Çelsi" Premyer Liqadakı ardıcıl 6 oyunluq məğlubiyyət seriyasına son qoyub.

9 may

"Liverpul" - "Çelsi" - 1:1

Qollar: R.Qravenberx, 6 - E.Fernandes, 35

Bu nəticədən sonra xallarının sayını 59-a çatdıran "Liverpul" turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Aktivində 49 xalı olan London təmsilçisi isə 9-cu yerdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью