Liverpul yeni baş məşqçi ilə müqavilə bağlayıb

04.06.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb

İspaniyalı mütəxəssis Andoni İraola “Liverpul”la müqavilə imzalayıb.

QOL.az xəbər verir ki, bu barədə tanınmış jurnalist-insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Məlumata əsasən, 43 yaşlı mütəxəssis Mersisayd təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq. İraola bu vəzifədə mövsümün sonunda komandadan ayrılan Arne Slotu əvəz edəcək.

Qeyd edək ki, Andoni İraolanın son iş yeri “Bornmut” olub. O, 2025/26 mövsümündə komandanı Premyer Liqada 6-cı pilləyə yüksəldərək 57 xal toplamasına kömək edib. “Liverpul” isə mövsümü 60 xalla 5-ci sırada başa vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью