Liverpul yeni müdafiəçi transfer etməyə yaxındır

26.05.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bornmut"un sol cinah müdafiəçisi Miloş Kerkez yay transfer pəncərəsində "Liverpul"a keçməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

İngiltərə çempionu artıq qarşı tərəflə razılaşma əldə edib.

Mersisaydlılar 21 yaşlı futbolçunun transferi ilə bağlı "Bornmut"la birbaşa danışıqları davam etdirir. Tərəflər müqavilə bağlamaq üçün bu həftə yenidən görüşəcəklər.

"Transfermarkt" futbolçunun dəyərini 35 milyon avro olaraq qiymətləndirir. 

Ukrayna klubunda Arda Turan səsləri Messi Ronaldinyonu ötdü Mbappedən 2 rekord Delap ingilislərin radarına düşüb Ərəblərdən Xaviyə təklif var
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью