Liverpul yenidən transfer rekordu qıra bilər

19.06.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Liverpul" "Nyukasl"ın hücumçusu Alexander İsakı transfer etməkdə israrlıdır.

Apasport.az xəbər verir ki, "Nyukasl" onu satmaqdan imtina etməsə, mersisaydlılar İsak üçün daha yüksək məbləğ ödəməyə hazırdırlar.

Hazırkı İngiltərə çempionları 25 yaşlı isveçlini öz sıralarına cəlb etmək əzmindədir.

İsak ötən mövsüm "sağsağanlar"ın heyətində 42 oyunda 27 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt oyunçunun dəyərini 120 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, "qırmızılar" Florian Virtz üçün təxminən 150 milyon avro xərcləyə bilər. Əgər İsakın transferi baş tutarsa, Virtzin transfer rekordu uzun çəkməyəcək.

“Liverpul”un qolkiperi “Ayaks”da - RƏSMİ “Barsa” mövsümdə ilk transferini reallaşdırıb - RƏSMİ Uilyams heç bir klubla danışıq aparmayacaq: YALNIZ “BARSELONA”NI İSTƏYİR DÇ-2025-də stadionlar boş qalıb: ABŞ-də futbola maraq yoxdur Şeşko uğrunda mübarizə: "Arsenal" 1 addım öndə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью