Liverpul Zair Emeri üçün 65 milyon ödəməyə hazırdır

16.02.2025

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərənin "Liverpul" klubu Fransa təmsilçisi PSJ-nin futbolçusu Uorren Zair-Emeri ilə maraqlanır.

"Ölkə.az" xəbər verir ki, mersisaydlılar artıq 18 yaşlı yarımmüdafiəçinin agenti ilə əlaqə saxlayıblar.

"Liverpul"un fransalı oyunçu üçün 65 milyon avro ödəməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, Zair Emeri PSJ-nin yetirməsidir. O, cari mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью