Liverpulda 300 oyuna çıxan 3 cü braziliyalı oldu

16.08.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Alison Beker İngiltərənin "Liverpul" klubunda 300 oyuna çıxan üçüncü braziliyalı futbolçudur.

Bakıvaxtı.az xəbər verir ki, 32 yaşlı qapıçı buna I turda "Bornmut"la (4:2) matçda meydana çıxmaqla nail olub.

O, Premyer Liqada 230, UEFA Çempionlar Liqasında 52, İngiltərə Kubokunda 9, ölkə Superkubokunda 3, Liqa Kuboku, Avropa Liqası və klublararası dünya çempionatında iki matçda meydana çıxıb.

Qeyd edək ki, Alison Beker bu göstəricidə həmyerliləri Roberto Firmino (362) və Lukas Leyvadan (346) geri qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью