Liverpulda ciddi itki: Mançester Sitiyə qarşı oynamayacaq

29.11.2024

Icma.az, Sportal.az saytına istinadən bildirir.

İngiltərənin "Liverpul" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi İbrahima Konate sıradan çıxıb.

Fransalı futbolçu Çempionlar Liqası Liqa fazasının "Real"la matçında "2:0) zədələnib. 25 yaşlı mərkəz müdafiəçisi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

"Liverpul" İngiltərə Premyer Liqasının 12-ci turunda 1 dekabr tarixində doğma meydanda "Mançester Siti" ilə qarşılaşacaq.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью