““Liverpul”da tarix yaza bilərik”

28.01.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

"Bu andan çox məmnunam. Çempionlar Liqası hər bir oyunçunun arzuladığı bir mərhələdir". 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri ölkəsinin mətbuatına açıqlamasında "Qarabağ"ın müdafiəçisi Mateus Silva deyib. 

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu turunda "Liverpul"a qarşı keçiriləcək matçdan və komandasının uğurlarından danışıb: "Bu cür böyük oyunlarda "Qarabağ"a kömək edə bilmək xüsusidir. Komandamızın işi çox yaxşıdır və düşünürük ki, hələ də tarix yarada bilərik. İndi əsas məsələ  diqqətimizi cəmləməkdir".

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" matçı bu gecə saat 00:00-da keçiriləcək. 

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью