“Liverpul”da yeni “milyarderlər dövrü”

10.08.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Aralarında “Amazon”un təsisçisi Ceff Bezosun da yer aldığı investorlar konsorsiumu “Liverpul” klubunun səhmlərinin təxminən üçdə bir hissəsini almağa yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Mənbənin sözlərinə görə, investorlar qrupuna “Kuinz Park Reyncers”in keçmiş səhmdarı, hindistanlı milyarder Lakşmi Mittalın kürəkəni Amit Bhatiya rəhbərlik edir. Konsorsiuma həmçinin, “Facebook”un həmtəsisçilərindən olan Eduardo Saverin də daxildir.

Sözügedən hissənin dəyəri təxminən 6 milyard dollardır. Bu sövdələşmənin idman tarixinin ən iri sövdələşmələrindən biri olacağı gözlənilir.

Mersisayd təmsilçisinin sahibi 2010-cu ildən bu yana ABŞ-nin “Fenway Sports Group” (FSG) şirkətidir. Kluba nəzarəti Con Henri və Tom Verner həyata keçirir.

“Liverpul” ötən mövsüm İngiltərə Premyer Liqasını 5-ci pillədə başa vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью