“Liverpul”dan “Bavariya”ya Rəsmi

30.07.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Bavariya” heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, Münhen klubu “Liverpul”dan Luis Diası transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı vingerlə 4 illik müqavilə imzalanıb.

“Bavariya” Dias üçün “Liverpul”a 75 milyon avro ödəyib.

Qeyd edək ki, kolumbiyalı futbolçu ötən mövsüm "Liverpul"da 50 oyunda 17 qol vurub. O, 2022-ci ildən "Liverpul"da oynayırdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью