“Liverpul”dan braziliyalı üçün maraq: Qiyməti aşağı düşdü

15.07.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

“Liverpul” “Vulverhempton”un yarımmüdafiəçisi Joao Qomeslə maraqlanır.

Apasport.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Mersisayd təmsilçisi 25 yaşlı braziliyalını cari yay transfer pəncərəsində heyətinə qatmaq variantını nəzərdən keçirir. Futbolçunun transfer dəyərinin təxminən 30 milyon funta düşdüyü bildirilir. Daha əvvəl “Vulverhempton” Qomesi 40 milyon funt civarında qiymətləndirirdi.

Joao uğrunda “Mançester Yunayted” də mübarizə aparır. Mançester təmsilçisinin nümayəndələri mümkün keçidlə bağlı “Vulverhempton” rəhbərliyi ilə ilkin danışıqlar aparıblar.

Qeyd edək ki, Qomes ötən mövsüm bütün turnirlərdə 41 oyunda iştirak edib. Braziliyalı yarımmüdafiəçi 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Lester”dən ayrıldı, İtaliya klubu ilə müqavilə imzaladı Zidan Fransa millisində - Deşam dönəmi bitdi “Real”dan UEFA-ya şok müraciət: “Barselona”nın titulları əlindən alınsın Mbappe: “Kifayət qədər yaxşı deyildik” Fransa - İspaniya matçının ən yaxşısı: Pedro Porro
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью