“Liverpul”dan növbəti transfer bombası

29.07.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

İngiltərə çempionu “Liverpul” növbəti dəfə transfer rekordunu qırmağa hazırlaşır.

Apasport.az xəbər verir ki, “qırmızılar” “Nyukasl”ın hücumçusu Aleksandr İsakla prinsipial razılıq əldə edib.

Bu barədə “Sky Sports” nəşri məlumat yayıb.

Komandası ilə təlim-məşq toplanışına qoşulmayan isveçli ulduzun klubdan ayrılacağı dəqiqdir. 25 yaşlı futbolçu Premyer Liqa təmsilçisi ilə prinsipial razılıq əldə edib.

Ötən günlərdə Luis Diazı “Bavariya”ya 75 milyon avroya satan İngiltərə klubunun “Nyukasl”a rekord məbləğdə təklif edəcəyi gözlənilir.
Qeyd edək ki, İsak keçən mövsüm komandası ilə çıxdığı 42 matçda 27 dəfə fərqlənməyi bacarıb.

"Beşiktaş"ın yeni transfer hədəfi: braziliyalı müdafiəçi Günün matçları bu kanallarda - TV AFİŞA “Roma”dan növbəti transfer Suarez “Sportinq”də - RƏSMİ "Şaxtyor" - "Beşiktaş" matçının hakimi bəlli olub
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью