“Liverpul”dan qələbə, Mançester Yunayteddən xal itkisi

25.11.2024

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında 12-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, bu gün 2 oyun olub.

“İpsviç Taun” – “Mançester Yunayted” matçı heç-heçə bitib - 1:1. Bu, "Mançester Yunayted"in Ruben Amorimin baş məşqçiliyi ilə keçirdiyi ilk oyun olub. 

Səfərdə “Sauthempton”la qarşılaşan “Liverpul” isə 3:2 hesablı qələbə qazamıb.

24 noyabr

"Sauthempton" – "Liverpul" - 2:3
Qollar:
Armstronq, 42. M.Fernandes, 56 – Soboslai, 30. Salah, 65; 83.

"İpsviç Taun" – "Mançester Yunayted" - 1:1
Qollar
: Hatçinson, 43 – Reşford, 2.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью