“Liverpul”dan qeyri adi qələbə

24.02.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Liverpul” İngiltərə Premyer Liqasının XXVI turunda “Mançester Siti”yə qalib gəlib.

İdman.biz xəbər verir ki, Arne Slotun yetirmələri səfər görüşündə topa cəmi 34 faiz nəzarət etsə də, 2:0 hesablı qələbə qazanıb.

Bu, “Liverpul”un 2003/04 mövsümündən sonrakı dövrdə Premyer Liqada qalib gəldiyi matçlar üçün ən aşağı göstəricidir. Mersisaydlılar heç vaxt daha az topla oynadığı matçda qələbə qazanmayıb.

Qeyd edək ki, Premyer Liqada topa sahibolma statistikası 2003/04 mövsümündən hesablanır.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью