“Liverpul”la “Çelsi” isveçli yarımmüdafiəçi uğrunda mübarizə apara bilər

18.06.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Liverpul”, “Çelsi”, “Tottenhem” və “Nyukasl” İsveçin və “Brayton”un yarımmüdafiəçisi Yasin Ayari ilə maraqlanır.

İdman.Biz bu barədə TEAMtalk-a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “qağayılar” klubların 22 yaşlı futbolçuya olan marağından xəbərdardır və müqavilənin uzadılması ilə bağlı danışıqlar aparırlar.

Ötən mövsüm Ayari bütün yarışlarda 32 oyunda meydana çıxıb, dörd qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью