Liverpulla ÇLin qalibi olan oyunçu Macarıstan klubuna keçdi RƏSMİ

10.12.2024

Icma.az bildirir, Fanat portalına istinadən.

 "Liverpul"la Çempionlar Liqasının qalibi olan Nabi Keyta karyerasını Macarıstan "Ferentsvaroş"unda davam etdirəcək.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı oyunçu "ağ-yaşıllar"ın formasını icarə əsasında geyinəcək.

Qvineyalı futbolçu hazırda müqavilə ilə Almaniyanın "Verder" klubuna məxsusdur.

Qeyd edək ki, Keyta 2018-ci ildə "Liverpul"un heyətində UEFA Çempionlar Liqasında çempionluq sevinci yaşayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью