Liverpulla görüşdə məğlub olan Mançester Siti 16 illik göstəricini təkrarlayıb

02.12.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasının XIII turu çərçivəsində "Enfild"də "Mançester Siti" "Liverpul"a 0:2 hesabı ilə uduzub.

Oxu.Az xəbər verir ki, bu məğlubiyyət "şəhərlilər" üçün çempionatda ardıcıl dördüncü olub. Sonuncu dəfə belə hadisə 2008-ci ilin avqustunda baş verib.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolaya gəlincə, bu, ispan məşqçinin karyerasında ilk dəfə baş verib.

Qeyd edək ki, "Mançester Siti" hazırda 13 oyundan sonra 23 xalla liqanın turnir cədvəlində 5-ci yerdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью