“Liverpul”la müqaviləmi uzatmasaydım, ora gedə bilərdim” Salahdan açıqlama

26.05.2025

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Liverpul”un hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanında oynamağa yaxın olduğunu təsdiqləyib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə misirli futbolçu özü açıqlama verib:

“Mən Səudiyyə liqasına qoşulmaq üçün yaxşı fürsət olduğunu düşünürdüm. “Liverpul”la müqaviləmi uzatmasaydım, ora gedə bilərdim. Səudiyyə Ərəbistanındakı insanlarla münasibətim yaxşıdır”.

Eyni zamanda, Sahal “Barselona” və “Real”la danışıqlar apardığı barədə məlumatları təkzib edib.

Salah 2024/25 mövsümündə Premyer Liqada ilin ən yaxşı futbolçusu seçilib. 32 yaşlı misirli 38 oyun keçirib, 29 qol vurub və 18 məhsuldar ötürmə edib. “Liverpul” vaxtından əvvəl titul qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью