Liverpulla oyunda huşunu itirən futbolçu xəstəxanadan məlumat paylaşıb

09.01.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərə Liqa Klubunun yarımfinalında “Liverpul”a qarşı oyun zamanı huşunu itirən "Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur sosial şəbəkələrdə səhhəti barədə məlumat paylaşıb.

“Report” xəbər verir ki, o xəstəxanadan foto paylaşaraq səhhətinin yaxşı oluğunu bildirib.

Futbolçu dəstək mesajlarına görə təşəkkürünü bildirib və komandasını qələbə münasibətilə təbrik edib.

Qeyd edək ki, yanvarın 8-də keçirilən görüşdə huşunu itirən futbolçu xəstəxanaya yerləşdirilib. Qarşılaşma “Tottenhem”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью