Liverpulla Salah arasındakı fikir ayrılığı nə olub? İdman və Biz

08.12.2024

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Liverpul"la Mohamed Salah arasında müzakirə aparılan yeni müqavilə ilə bağlı yeganə anlaşılmazlıq bəlli olub.

İdman.biz xəbər verir ki, tərəflər razılaşmanın müddətində ortaq məxrəcə gələ bilməyiblər.

"Qırmızılar" misirli hücumçuya 1 illik müqavilə təklif etsələ də, Salah bu müddətin 3 il olmasının tərəfdarıdır. Klubla futbolçunun kompromissə getdiyi və iki illik razılaşma əldə olunduğu xəbərləri yayılıb. 32 yaşlı forvard həftəlik 400 min funt maaşla "Liverpul"da ən çox qazanan futbolçu olacaq.

Qeyd edək ki, "Salah"ın klubla müqaviləsi mövsümün sonunda başa çatacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью