“Liverpul”u növbəti oyuna bu məşqçi çıxaracaq

13.02.2025

Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə çempionatının 15-ci turunun “Everton”la təxirə salınmış oyununda qırmızı vərəqə alıb.

İdmanxeber.az-ın məlumatına görə, 4 qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2. Görüşün sonunda isə tərəflər arasında dava düşüb. Nəticədə, “qırmızılar”ın baş məşqçisi qırmızı vərəqə alıb. 

Komandaya İngiltərə Premyer Liqasının növbəti matçın  olan “Vulverhempton” qarşılaşmasında Slotun köməkçisi Con Heytinqa rəhbərlik edəcək.

Oyun fevralın 16-da “Enfild”də keçiriləcək.

=

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью