“Liverpul”u “Qarabağ”la oyuna Stiven Cerard çıxaracaq?

26.01.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Liverpul”un baş məşqçisi Arne Slot bu gün və ya sabah istefaya göndərilə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. 

Bildirilib ki, İngiltərə Premyer Liqasının son turunda “Bornmut”a 2:3 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi mütəxəssisin göndərilməsi ilə bağlı qərar qəbul edib. 

UEFA Çempionlar Liqasında “Qarabağ”la keçiriləcək matça qədər isə baş məşqçi postuna müvəqqəti olaraq komandanın əfsanəsi Stiven Cerard gətiriləcək. 

Mövsümün sonuna qədər o, klubu başında olacaq. 

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 29-u saat 00:00-da (28-dən 29-na keçən gecə) baş tutacaq. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью