“Liverpul”u “Tottenhem”ə dəyişə bilər

05.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Liverpul”un futbolçusu Kodi Qakpo karyerasını “Tottenhem”də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, London klubu niderlandlı hücumçu üçün “qırmızılar”la danışıqlara başlayıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Qakpo “Liverpul”dan ayrılmağa müsbət yanaşır. Hücumçu oyun praktikasının azlığından narazıdır.

27 yaşlı futbolçu Nİderland millisi ilə dünya çempionatında 4 oyunda 3 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью