“Liverpul”un Arda Güler planı: Virtsi qurban verə bilər

18.12.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Liverpul” “Real Madrid”in futbolçusu Arda Gülerlə maraqlanır.

Apasport.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

İngiltərə klubunun türkiyəli yarımmüdafiəçinin durumunu yaxından izlədiyi bildirilir. Məlumata görə, “Liverpul” transferin reallaşması üçün ciddi addım atmağa hazırdır və lazım gələrsə, Arda Güler qarşılığında Florian Virtsi verməyə razı ola bilər.

Qeyd olunur ki, mersisaydlılar gənc futbolçunu yarımmüdafiə xətti üçün perspektivli əsas fiqurlardan biri kimi görür.

Xatırladaq ki, Arda Güler cari mövsümdə bütün turnirlər üzrə 24 oyunda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.

Misli.az-da ardıcıl 2 böyük uduş! PSJ-nin rusiyalı qapıçısı ardıcıl dörd penalti dəf edərək, mütləq rekorda imza atıb - VİDEO “Sumqayıt”ın qış hazırlıq planı bəlli olub “Sumqayıt” – “Sabah” matçının biletləri satışa çıxarılıb “Zaqatala” evdə uduzdu, “Baku Sportinq” səfərdə qazandı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью