Liverpulun baş məşqçisi Ançelottinin nailiyyətini təkrarlayıb

10.11.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

"Liverpul"un baş məşqçisi Arne Slott İngiltərə Premyer Liqasında Karlo Ançelottinin uğurunu təkrarlayıb.

"Report"un məlumatına görə, mütəxəssis buna komandasının XI turda "Aston Villa"nı (2:0) məğlub etməsi sayəsində nail olub.

Mersisayd təmsilçisi onun rəhbərliyi altında ilk 11 çempionat matçının 9-da qalib gəlib. 2009-cu ildə Karlo Ançelotti "Çelsi"də işlədiyi vaxt bunu bacarıb.

Qeyd edək ki, "Liverpul" hazırda İngiltərə Premyer Liqasında 28 xalla liderdir.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью