Liverpulun baş məşqçisi Karlo Ançelottinin rekordunu təkrarladı

25.11.2024

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün səfərdə "Sauthempton"u məğlub edən "Liverpul" (3:2) Premyer Liqada 10-cu qələbəsini qazanıb.

Oxu.Az "Opta"ya istinadən xəbər verir ki, "Liverpul"la 12 görüşün 10-da qalib gələn Arne Slot, İngiltərə Premyer Liqasında rekordu təkrarlayıb. Bundan əvvəl belə nəticəyə yalnız "Çelsi"də çalışmış Karlo Ançelotti və Qus Hiddink nail olublar.

"Liverpul" 28 xalla İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, Arne Slotun komandası ikinci yerdə qərarlaşan "Mançester Siti"ni 5 xal qabaqlayır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью