“Liverpul”un baş məşqçisi: “Qarabağ” güclü komandadır və asan rəqib deyil

27.01.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Liverpul, 27 yanvar, AZƏRTAC

“Qarabağ”ın həm fərdi oyunçuları, həm də ümumi oyun üslubu kifayət qədər güclüdür. Komanda çox birbaşa və sürətli futbol oynayır, futbolçular isə topa nəzarətdə özlərini rahat hiss edirlər.

AZƏRTAC xəbər verir ki, “Liverpul” klubunun baş məşqçisi Arne Slot mətbuat konfransında “Qarabağ”la qarşılaşmaları ilə bağlı fikirlərini açıqlayıb.

Arne Slot qeyd edib ki, cari mövsümdə “Qarabağ” böyük klublara qarşı qələbələr qazanıb və yüksəksəviyyəli futbol nümayiş etdirib. Baş məşqçi “Çelsi” ilə oyunda 2:2 hesablı heç-heçəni də xatırladıb.

“Oyun çətin keçəcək. Biz bu mövsüm artıq bir çox güclü rəqiblə qarşılaşmışıq və çox sayda çətin oyun keçirmişik”, – deyə o əlavə edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

Liverpul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью