Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Liverpul”un baş məşqçisi Arne Slot müdafiəçi Endryu Robertsonun “Tottenham Hotspur”a mümkün keçidi ilə bağlı şayiələrə şərh verməkdən imtina edib.
İdman.Biz-in məlumatına görə, Slot bu məsələni mikrofonlar qarşısında müzakirə etməyəcəyini deyib.
“Nə deyəcəyimi düşünürsünüz? Bu mikrofonların qarşısında transferlər barədə heç danışmışammı? Cavabım həmişə eynidir. Eyni cavabı vermək olduqca yorucudur. Biz klubdakı transferləri publik şəkildə müzakirə etmirik”, - mersisaydlıların rəsmi saytı Slotun sözlərini dərc edib.
Endryu Robertson 2017-ci ildən bəri “Liverpul”da oynayır. Bu müddət ərzində o, “qırmızılar”ın heyətində 364 oyun keçirib, 12 qol vurub və 68 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.