“Liverpul”un futbolçusu “Bavariya”da oynamaq istəyir

19.07.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Liverpul”un futbolçusu Luis Dias karyerasını Almaniyada davam etdirmək istəyir.

Futbolpress.az xəbər verir ki, kolumbiyalı vinger “Bavariya”da oynamaq niyyətindədir. Bu barədə “Sky De” nəşri məlumat yayıb. Münhen klubunun nümayəndələri bir müddətdir, “Liverpul”la danışıq aparır.

Tərəflər arasında hələ razılıq əldə olunmayıb.

Dias ötən mövsümdə 50 oyunda 17 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью