futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Liverpul”un futbolçusu Darvin Nunyes karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Əl Hilal” uruqvaylı hücumçunun transferi üçün danışıqlar aparır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Komandanın yeni baş məşqçisi Simone İnzaqi rəhbərlikdən 26 yaşlı futbolçunun transferini istəyib.
Nunyes özü “Liverpul”dan ayrılmağa müsbət yanaşır. Klublar arasında danışıqlar davam edir.
Darvin ötən mövsümdə Premyer Liqada 30 oyunda 5 qol vurub.