Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.
“Liverpul”un hücumçusu Darvin Nunyes karyerasını La Liqada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, uruqvalı hücumçu “Atletiko” klubu ilə razılığa gəlib. Futbolçunun başqa təklifləri olsa da, Nunyes Dieqo Simeone ilə çalışmaq istəyib.
Nunyes bu mövsüm bütün yarışlarda 47 oyun keçirib, 7 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Onun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.