“Liverpul”un idman direktoru istefa verdi

05.09.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Liverpul”un idman direktoru istefa verdi

Riçard Hyuz “Liverpul”un idman direktoru vəzifəsini öz istəyi ilə tərk edib.

QOL.az xəbər verir ki, bu barədə İngiltərə klubu məlumat yayıb. 47 yaşlı funksioner yeni çağırış qəbul etmək istədiyini klub rəhbərliyinə bildirib. O, 2024-cü ilin iyunundan “Liverpul”da çalışırdı.

İnsayder Ben Ceykobsun yaydığı məlumata görə, Hyuz karyerasını “Əl-Hilal”da davam etdirəcək.

Onun dönəmində “Liverpul” 2024/25 mövsümündə İngiltərə çempionu olub və tarixində 20-ci titulunu qazanıb. Komanda növbəti mövsüm Çempionlar Liqasına vəsiqə əldə edib.

“Liverpul” artıq yeni idman direktoru axtarışına başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью