Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Liverpul" UEFA Çempionlar Liqası Liqa mərhələsinin VIII turunun "Qarabağ"la matçına ciddi itkilərlə çıxacaq.
Apasport.az xəbər verir ki, İngiltərə çempionunun müdafiəçiləri Co Qomeslə İbrahima Konate komandaya kömək edə bilməyəcək.
Bu barədə baş məşqi Arne Slot oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
Qomes Premyer Liqanın 23-cü turunun "Bornmut"la matçında (2:3) zədələnib. Konatenin isə atası dünyasını dəyişib. Buna görə də baş məşqçi fransalı futbolçuya icazə verib.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
"Mançester Yunayted"də ciddi itki: 10 həftə yaşıl meydanlardan uzaq qalacaq "Barselona" futbolçusu ilə yeni müqavilə imzalamağa hazırlaşır "Real" Marselonun oğlu ilə ilk peşəkar müqaviləsini imzaladı “Bayer” isveçrəli qolkiperlə güclənib - Rəsmi “Bavariya”nın sabiq futbolçusu Braziliya klubuna idman direktoru təyin edilib