Liverpulun keçmiş oyunçusu Macarıstan klubuna keçdi

10.12.2024

Icma.az bildirir, Lent az portalına istinadən.

Yarımmüdafiəçi Nabi Keyta Macarıstanın "Ferensvaroş" kklubu ilə müqavilə imzalayıb.

Lent.az xarici KİV-ə istinadla bldirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi “Salsburq” və “Leipziq”dəki möhtəşəm startdan sonra 60 milyon avroya “Liverpul”a keçsə də, çoxlu sayda zədə onun ən yüksək səviyyədə oynamasına mane olub.

Keyta ötən yay Almaniyanın “Verder Bremen” klubuna keçsə də, davranış problemlərinə görə klub futbolçunu cəzalandırmaq və onu əsas komandadan uzaqlaşdırmaq qərarına gəlib. 

“Ferensvaroş”a qvineyalı bir illik icarəyə verilib.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью