“Liverpul”un matçı təxirə salınıb

07.12.2024

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərə Premyer Liqasının XV turunun bir matçı təxirə salınıb.

Apasport.az xəbər verir ki, bu gün baş tutmalı olan "Everton" - "Liverpul" görüşü başqa tarixə ertələnib.

Bu barədə hər iki klubun mətbuat xidmətləri məlumat yayıb.

Ölkəni bürüyən "Darrag" qasırğası güclü küləklər və şiddətli yağışlarla müşayiət olunur. Bu səbəbdən görüşün təxirə salınmasına qərar verilib.

Qeyd edək ki, "Liverpul" 35 xalla Premyer Liqaya başçılıq edir. "Everton" isə 14 xalla 15-ci sıradadır.

Derbi öncəsi "Beşiktaş"da ciddi itkilər "Fənərbaxça"dan tarixi qərar: Kubokdan imtina edirlər Ronaldo: “Messinyo" tezliklə dünya ulduzuna çevriləcək" Mourinyo açıqladı: Ronaldo "Fənərbaxça"ya gəlir? “Yuventus” Kenan Yıldız üçün qərarını verdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью