“Liverpul”un meri: “Onların vəziyyəti hələ də ağırdır”

27.05.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Liverpulun meri Stiv Roteram, "Liverpul"un çempionluğu qeyd olunan zaman yaşanan insidentdə xəsarət alanların sayını açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə BBC-yə açıqlama verib:

"Bütün zərərçəkənlərə, xüsusən də yaralananlara görə narahatıq. Dörd nəfər hazırda xəstəxanadadır. Onların vəziyyəti hələ də ağırdır. Biz mütamadi olaraq polis və təcili yardımla əlaqə saxlayırıq".

Qeyd edək ki, hadisə dünən axşam saatlarında baş verib. Şəhər polisi maşını fanatların üzərinə sürən sürücünün 53 yaşlı britaniyalı olduğunu müəyyən edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью