Liverpulun məşqçisi Sitini sancdı | Icma.az
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məlum olduğu kimi, ''Liverpul'' enişdə olan ''Mançester Siti''ni 2:0 məğlub edərək liderliyini bir qədər də möhkəmləndirdi.
Oyunu qol və məhsuldar ötürmə ilə tamamlayan Məhəmməd Salah matçın ardından verdiyi açıqlamada bunun onun ''Enfild''də ''Siti''yə qarşı keçirdiyi son oyun ola biləcəyini söyləməsi ilə diqqət çəkdi.
Salah bununla da müqavilə müddəti mövsümün sonunda bitməsinə rəğmən hələ də ''Liverpul''dan yeni təklif almadığına işarə vurmuşdu.
Baş məşqçi Arne Slota ''Nyukasl'' ilə oyunöncəsi mətbuat konfransında Salahın bu açıqlaması ilə bağlı sual ünvanlandı.
Təcrübəli niderlandlı mütəxəssisin ''Siti'' ilə bağlı zarafatının nə dərəcədə uğurlu alındığına özünüz qərar verin: ''Bəlkə Salah ''Siti''nin adının hallandığı 115 maliyyə pozuntusu ilə bağlı daha çox məlumata sahibdi.
Bu üzdən ''Siti''nin gələn il aşağı liqaya göndəriləcəyini və bir daha onlara qarşı oynaya bilməyəcəyini düşünür?
Amma mən şəxsən onların yenə premyer-liqada oynayacağını düşünürəm. Bu mövzuda həmişə cavabım eyni olur.
Tam oxu
Xəbəri oxu