Apasport saytına istinadən Icma.az xəbər verir.
“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai uzun müddətə sıradan çıxıb.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, macar futbolçuda dizin arxa hissəsində əzələ zədəsi aşkarlanıb və onun meydana qayıtması ən tezi 2026-cı ilin fevralında gözlənilir.
Soboslai zədəsini İngiltərə Premyer Liqasının 16-cı tur matçında, “Brayton”la qarşılaşmada (2:0) alıb. O, başlanğıcda oyuna qayıtmağa çalışsa da, bir müddət sonra əvəzlənməli olub.
25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 23 oyunda iştirak edib, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Braziliya klubu Neymarla yeni müqavilə imzalayacaq “Mançester Yunayted” Kobbi Mainunu transfer etmək istəyir Eduard Mendi “Əl-Əhli” ilə yeni müqavilə imzalayıb Stefan de Vrey “İnter”dən ayrıla bilər – danışıqlar dayandırıldı “Milan” Nkunkunu satmağa hazırlaşır – əsas variant Səudiyyə Ərəbistanıdır