“Liverpul”un Paris sınağı, Münhendə Almaniya dueli

05.03.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına yekun vurulacaq.

İdman.biz xəbər verir ki, ikinci oyun günündə 4 matç keçiriləcək.

Parisdəki görüş daha böyük maraqla gözlənilir. “Liverpul” PSJ ilə üz-üzə gələcək. Almaniya klubları “Bavariya” ilə “Bayer” Münhendə qarşılaşacaq. “İnter” “Feyenoord”un, “Barselona” “Benfika”nın qonağı olacaq.

Qeyd edək ki, cavab görüşləri martın 11-12-də keçiriləcək.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar
5 mart

21:45. “Feyenoord” – “İnter”
00:00. PSJ – “Liverpul”
00:00. “Bavariya” – “Bayer”
00:00. “Benfika” – “Barselona”

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью