Liverpulun qapıçısı yayda klubu tərk edə bilər

21.11.2024

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

İngiltərənin "Liverpul" klubunun qapıçısı Kevin Kelleher yayda komandanı tərk edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "The Sun"a istinadən xəbər verir ki, "Çelsi" 25 yaşlı irlandiyalı futbolçu üçün təklif hazırlayır.

Qapıçının hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun dəyərini 20 milyon avro qiymətləndirir.

Qeyd edək ki, K.Kelleher cari mövsüm bütün turnirlərdə 8 matçda iştirak edib, 5 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью