“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06.11.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Liverpul”un sabiq hücumçusu Divok Origi futbolçu karyerasını başa vurduqdan sonra Harvard Biznes Məktəbində təhsil almağa başlayıb.

İdman.Biz xəbər verir ki, 31 yaşlı belçikalı keçmiş futbolçu gələcəyini moda sənayesi və sahibkarlıq fəaliyyəti ilə bağlamaq niyyətindədir.

Origi iyun ayında “The Players’ Tribune” nəşrinə açıqlamasında moda sahəsinə ciddi maraq göstərdiyini bildirib:

“Moda sənətini dərindən öyrənməyə qərarlıyam. Artıq bu sahənin tarixini və sənayenin fəaliyyətini araşdırıram. Məqsədim ən yüksək səviyyədə təhsil almaq və dünyanın ən yaxşı dizaynerlərindən öyrənmək imkanı qazanmaqdır”.

Sabiq hücumçu eyni zamanda biznes fəaliyyətini genişləndirmək istədiyini açıqlayıb. O, tərəfdaşı Marvin Villem Ofori ilə birlikdə DLF adlı futbol agentliyini inkişaf etdirir.

Origi gələcəkdə gənc futbolçulara dəstək vermək və xeyriyyəçilik layihələrində iştirak etmək niyyətində olduğunu da vurğulayıb.

Qeyd edək ki, sonuncu dəfə 2024-cü ildə rəsmi matça çıxan Origi 2025-ci ilin dekabrında “Milan”la müqaviləsini ləğv edib, 2026-cı ilin iyununda isə 31 yaşında karyerasını başa vurub.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью