“Liverpul”un sahibləri baş məşqçiyə vaxt verəcək

23.11.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Liverpul”un baş məşqçi Arne Slotun mövqeyi gündəmdədir və klub sahiblərinin ona yeni ilədək vəziyyəti düzəltmək üçün vaxt verəcəyi bildirilir.

İdman.Biz xəbər verir ki, rəhbərlik hələ də Slotu yüksək səviyyəli mütəxəssis hesab edir və onun hazırkı çətin dövrü aşacağına inanır.

Rəhbərliyin yeni ildən sonra Slotun mövqeyi barədə fikirləşmsinə səbəb komandanın Premyer Liqada son yeddi oyunun altısında məğlub olmasıdır.

Hazırda “Liverpul” turnir cədvəlində onluqdan kənarda qalıb. Klub 12 turdan sonra 18 xal toplayıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью