Liverpulun səhv etməyini gözləyirik

01.01.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Premyer Liqa titulu uğrunda mübarizədən danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis lider "Liverpul"un səhvlərindən yararlanmağa çalışacaqlarını deyib:

"Məqsədimizə çatmaq üçün hər gün çalışacağıq. Amma burada hər şey bizdən asılı deyil. Əgər rəqib bütün matçlarda qalib gəlsə, o zaman biz onları yalnız Premyer Liqa tituluna görə təbrik edib, yeni mövsümə hazırlaşmağa başlayacağıq. Amma indi onların səhv etməyini gözləyirik və bu səhvlərdən yararlanmaq istəyirik".

Qeyd edək ki, hazırda turnir cədvəlində "Liverpul" 45 xalla 1-ci (18 oyuna), "Nottinqem Forest" 37 xalla 2-ci (19 oyuna), "Arsenal" isə 36 xalla 3-cüdür (18 oyuna). 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью