“Liverpul”un ulduzu klubdakı gələcəyi ilə bağlı qərar verib

03.01.2025

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah mövsümün sonunda klubdan ayrılacağını bildirib.

Bu barədə “Report” “Sky Sports”a istinadən xəbər verir.

“Mən həqiqətən Liverpulla Premyer Liqanı qazanmaq istəyirəm. Bu mənim klubdakı son ilimdir, ona görə də şəhər üçün xüsusi bir şey etmək istəyirəm”, - Salah deyib.

Misirli yeni müqavilə ilə bağlı klubla onun arasında heç bir irəliləyiş olmadığını da qeyd edib. Hazırkı müqavilə bu mövsümün sonunda, 2025-ci ilin yayında başa çatır.

32 yaşlı futbolçu 2017-ci ildən “Liverpul”da çıxış edir. O, klubda 375 matçda 231 qol vurub və 105 məhsuldar ötürmə edib.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью