“Liverpul”un vingeri “Bavariya”ya keçə bilər

08.07.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Liverpul”un futbolçusu Luis Dias karyerasını Almaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Bavariya” kolumbiyalı vingerlə şəxsi razılığa gəlib. Bu barədə “Bild” nəşri məlumat yayıb. Dias klubdan ayrılmağa müsbət yanaşır və “Bavariya”nın təklifinə “hə” deyib.

Klublar arasında danışıqlar davam edir.

Diasın “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına kimidir. O, başa çatan mövsümdə 50 oyunda 17 qol vurub, 8 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью