Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Liverpul”un yeni idman direktoru məlum oldu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
“Liverpul” Culiian Uordu idman direktoru vəzifəsinə təyin edib.
QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Uord dərhal vəzifəsinin icrasına başlayıb. O, 2012-ci ildən “Liverpul”un strukturunda çalışır. Mütəxəssis bu müddətdə Avropa üzrə skautinq rəhbəri, icarəyə verilmiş futbolçularla iş üzrə direktor və idman direktorunun köməkçisi vəzifələrində işləyib.
Uord 2020-ci illərin əvvəlində də “Liverpul”un idman direktoru olub. O, 2023-cü ildə bu postdan ayrılıb və son olaraq kluba sahib “Fenway Sports Group” şirkətində texniki direktor vəzifəsini tutub.
Qeyd edək ki, Uord “Liverpul”a keçməzdən əvvəl “Mançester Siti” və Portuqaliya millisində çalışıb.